Xəbərlər

  • Yenilənib 06.05.2022 18:23
  • Yaradılıb 06.05.2022 16:20

“Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş

 

İqtisadiyyat Nazirliyində 2021-ci ildə təşkil edilmiş “Uğur yolu” müsabiqəsinin qalibləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüblər.

Xidmət rəisi müsabiqənin Nazirlik əməkdaşlarının hərtərəfli inkişafı üçün əlavə imkanlar yaratdığını, bilik və bacarıqlarının artırılmasında əhəmiyyətini vurğulayıb. Məmməd Abbasbəyli Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə görülən işlər, tətbiq olunan yeniliklər barədə görüş iştirakçılarına məlumat verib.

Görüş müzakirələrlə davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

← Geriyə