Xəbərlər

  • Yenilənib 06.05.2022 18:32
  • Yaradılıb 06.05.2022 17:05

İqtisadiyyat Nazirliyi ADA Universitetində keçirilən Karyera Sərgisində təmsil olunub

 

ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 10-cu Karyera Sərgisi keçirilib. Sərgidə dövlət qurumları və şirkətlər təmsil olunub. Tədbirdə ADA Universitetinin 1500-ə yaxın tələbə və məzunu həmin qurumlar və onların təqdim etdiyi iş imkanları barədə məlumatlandırılıblar.

Karyera Sərgisində İqtisadiyyat Nazirliyi də təmsil olunub. Sərgi iştirakçılarına Nazirliyin və strukturlarının fəaliyyət istiqamətləri, könüllü və təcrübə proqramları, işə qəbul qaydaları barədə məlumat verilib, suallar cavablandılıb.

← Geriyə